Avropa İttifaqı liderləri ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı son bəyanatlarına anlaşılmazlıqla reaksiya veriblər. TASS xəbər verir ki, bu barədə Berlində Almaniya kansleri Olaf Şolz məlumat verib.
Trampın açıqlamaları ilə bağlı mətbuata xüsusi açıqlama verən kansler vurğulayıb ki, sərhədlərin toxunulmazlığı prinsipinə bütün ölkələr əməl etməlidir və onları “zorla yerindən tərpətmək olmaz”.
Şolz əlavə edib ki, o, Avropa ölkələrinin bir sıra dövlət və hökumət başçıları ilə cari məsələ ilə bağlı fikir mübadiləsi aparıb.
Azadmedia.az xatırladır ki, Tramp açıqlamalarında Kanada və Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu bildirib. Seçilmiş dövlət başçısı həmçinin əlavə edib ki, o, Panama kanalını ştatların nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.