AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Trampın Qrenlandiya ilə bağlı sözlərindən sonra oyanmalıdır

  • + A
  • - A
  • Dünən, 22:03

    Avropa Trampın Qrenlandiya ilə bağlı sözlərindən sonra oyanmalıdır

    Fransa prezidenti Emmanuel Makron hesab edir ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı bəyanatlarından sonra Avropa ölkələri ayılmalı, təhlükəsizlik və rəqabət qabiliyyətini daha da gücləndirməlidir. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisdə ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.
    Trampın sözlərini şərh edən Barro bildirib ki, onlar dünyanın “güclü sağ”lar dövrünə daxil olmasına şahidlik edirlər. Onun sözlərinə görə, buna görə də Fransa son 7 ildə Avropanın müdafiə, ticarət və rəqabətqabiliyyətlilik sahəsində güclənməsinə fəal yardım edir.
    Bununla belə, o, Trampın rəhbərliyi altında ABŞ-ın adaya hərbi müdaxilə edəcəyinə şübhə etdiyini bildirib.
    Azadmedia.az xəbər verir ki, Blinken Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək fikrini şərh edib
    Öz növbəsində ABŞ dövlət katibi Entoni Blinken Qrenlandiyanın ABŞ-a qoşulması ideyasını “pis” adlandırıb və bunun praktikada həyata keçirilməyəcəyinə inandığını bildirib. Bu baxımdan, o, bunu müzakirə etməyi lazım görmür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR