İran “Zəngəzur dəhlizi” adlanan yerlə bağlı siyasətini dəyişməyib və dəyişməyəcək. Bu sərsəmləməni ermənipərəst iranlı analitik Puya Hüseyni yanvarın 9-da NEWS.am müxbiri ilə söhbətində deyib.
O qeyd edib ki, ərazi bütövlüyünün qorunması Tehran üçün “qırmızı xətt” olaraq qalır.
Ekspert qeyd edib ki, dəhliz əldə etməyə çalışan "Azərbaycan və Türkiyənin təhdidlərinə" hər zaman hazır olmaq lazımdır.
“İran və Ermənistan müqavimətlərini artırmalıdırlar. Ermənistan Respublikasının ərazisindən keçən yollar Ermənistanın səlahiyyətində və nəzarətində olmalıdır. Bu, Tehran və İrəvan üçün “qırmızı xətt”dir”, o əlavə edib.
Hüseyni qeyd edib ki, İran və Rusiya arasında hərtərəfli tərəfdaşlıq sazişi uzun illərdir hazırlanıb və onun imzalanması Rusiya, Çin və digər ölkələrlə iqtisadi əlaqələrin inkişafına kömək edəcək.
“Həmçinin, İslam Respublikasının uzun illərdir ki, sanksiyalar altında olduğunu nəzərə alaraq, ŞƏT, Aİİ və digər təşkilatlarla əməkdaşlıq etməyə çalışır.
Onun sözlərinə görə, eyni zamanda İran diplomatik kanallar vasitəsilə Amerikanın yeni administrasiyası ilə nüvə proqramı və sanksiyalarla bağlı danışıqları bərpa etməyə çalışır.
Hüseyni izah edib ki, Tehran münaqişənin sülh yolu ilə həllini prioritet hesab edir, lakin bütün ssenarilərə hazırdır.
Qeyd: Elə bu açıqlamadan da görünür ki, Türkiyə-Azərbaycan dostluğu və ölkə başçısının qətiyyətlə "Zəngəzur dəhlizi açılacaq" deməsi çoxlarının kürkünə birə salıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.