Dünyanın aparıcı diplomatları 14 illik vətəndaş müharibəsindən sonra Suriyanın yenidən qurulmasını müzakirə etmək üçün Ər-Riyadda bir araya gəlib.
Yanvarın 12-də Səudiyyə Ərəbistanının paytaxtında xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində Suriya üzrə beynəlxalq görüş keçirilib. Sammitin əsas mövzuları Suriyanın infrastrukturunun, iqtisadiyyatının və sosial sferasının bərpası olub. Suriyalı qaçqınların öz vətənlərinə təhlükəsiz qayıtmaları üçün şərait yaradılmasının zəruriliyi də müzakirə olunub. İştirakçılar ekstremist təhdidlərlə mübarizənin və regional təhlükəsizliyin möhkəmləndirilməsinin vacibliyini vurğuladılar, həmçinin səylərin beynəlxalq əlaqələndirilməsinə çağırdılar.
Görüşdə İsrailin Hermon dağındakı bufer zonasına və Quneytra əyalətinə müdaxiləsi məsələsi də qaldırılıb. Diplomatlar Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini təsdiqləyiblər.
Müzakirələrdə Suriya, Türkiyə, İraq, Livan, İordaniya, Misir, Körfəz ölkələri, həmçinin ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliyadan nümayəndələr iştirak ediblər. Beynəlxalq təşkilatları Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası və BMT təmsil edirdi. Konfrans İordaniyanın Əqabə şəhərində dekabrda keçirilmiş sammitin davamı idi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.