Litva prezidenti Gitanas Nauseda Donald Trampın Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməsi ilə bağlı sözlərini “21-ci əsrdə qəbuledilməz” adlandırıb. Onun sözlərini LRT yayıb.
Nauseda qeyd edib ki, bu gün dövlət sərhədlərini şübhə altına alan bəyanatlar var. Onun sözlərinə görə, XXI əsrdə bu yolverilməzdir.
“Bu gün biz XXI əsrdə yaşayırıq və ərazi bütövlüyünə və suverenliyinə, xüsusən də demokratik prinsiplərə riayət edən beynəlxalq səviyyədə tanınmış dövlətlərin suverenliyinə hörmətlə yanaşmalıyıq. “Ona görə də biz bunu anlaşılmazlıq hesab edəcəyik”, - deyə Nauseda Trampın sözlərini şərh edib.
Yanvarın 7-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır, çünki bu, milli təhlükəsizlik və “azad dünyanın”, o cümlədən Çin və Rusiyadan müdafiə baxımından strateji əhəmiyyət kəsb edir. Cavabında Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatları ilə bağlı danışıq tələb etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.