Slovakiyanın baş naziri Robert Fiko yaxın günlərdə Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. Bu barədə News.ru “Pravda” portalına istinadən xəbər verir.
Əldə olan məlumata görə, görüşün əsas mövzusu Rusiyadan qaz tranziti olacaq. Eyni zamanda, daha əvvəl Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaspar bildirmişdi ki, Fico yanvarın 17-nə planlaşdırılan Zelenski ilə görüşdən imtina edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.