Yanvarın 17-də Moskvada Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayacaqlar. Bundan əvvəl İran prezidenti Rusiyanın baş naziri Mixail Mişustinlə görüşəcək, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
O vurğulayıb ki, Pezeşkiyanın səfərinin əsas məqsədi üç ilə yaxındır üzərində iş gedən sənədin imzalanmasıdır.
Əvvəllər bildirilmişdi ki, saziş 47 maddədən ibarətdir, 20 il müddətinə bağlanır və tərəflərin üçüncü ölkələrlə müqavilə bağlamaq imkanlarını məhdudlaşdırmır.
Kremldə saziş imzalandıqdan sonra sənəd İran parlamenti tərəfindən ratifikasiya edilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.