Rusiya ilə İran arasında bağlanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində konkret ölkələr və ya hərbi bloklar barədə heç bir söz yoxdur. Sənəd Kremlin saytında dərc olunub.
47 maddədən ibarət olan sazişdə NATO, ABŞ, Ukrayna, İsrail, Suriya və digər dövlətlər haqqında heç nə deyilmir. Müqavilədə heç bir münaqişədən bəhs edilmir. Həmçinin Rusiya və ya İrana hücum zamanı qarşılıqlı müdafiəni nəzərdə tutmur.
Yanvarın 17-də Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Kremldə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Rusiya Federasiyası və İslam Respublikasının rəsmi nümayəndələrinin bəyanatlarına görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə məsələləri, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya da daxil olmaqla geniş sahələri əhatə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.