AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya və İran Azərbaycandan keçəcək yeni qaz kəmərinin marşrutu ilə bağlı razılığa gəliblər

  • + A
  • - A
  • Dünən, 23:30

    Rusiya və İran Azərbaycandan keçəcək yeni qaz kəmərinin marşrutu ilə bağlı razılığa gəliblər

    Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, hazırda tərəflər danışıqların və qiymətə yanaşmaların razılaşdırılmasının yekun mərhələsindədir. Bu barədə jurnalistlərə Energetika Nazirliyinin rəhbəri Sergey Tsivilev məlumat verib.

    İrana qaz kəmərinin hansı marşrutla keçəcəyi ilə bağlı suala o, “Azərbaycan vasitəsilə” cavabını verib.

    "Hazırda biz qiymətin təsdiqi ilə danışıqların son mərhələsindəyik, həcmlər artıq müəyyən edilib. Amma qiymət həmişə kommersiya məsələsidir. Bu, ağlabatan kompromis axtarışıdır, ona görə də iş üzrə işçi qrupu yaradılıb. hər iki tərəf və mütəxəssislər qiymətlərin müəyyənləşdirilməsinə yanaşma işləyib hazırlayırlar”, - nazir əlavə edib.

    Həmçinin, onun sözlərinə görə, İran və “Qazprom” arasında Azərbaycan üzərindən respublikaya qaz tədarükünə dair saziş hələlik kiçik həcmə (ildə 2 milyard kubmetrdən çox) hesablanıb, lakin bu, texnologiyanın inkişafı üçün ilk addımdır. Sonrakı tədarüklər ildə 55 milyard kubmetrə qədər arta bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR