AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkmənistandakı səfirliyimiz 20 Yanvar hadisələri ilə bağlı məlumatlar yayıb

  • + A
  • - A
  • Bu gün, 14:19

    Türkmənistandakı səfirliyimiz 20 Yanvar hadisələri ilə bağlı məlumatlar yayıb

    Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq salnaməsini təşkil edən 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən bir sıra məlumatlandırma tədbirləri həyata keçirilib. Xalqımıza qarşı törədilmiş bu qanlı aksiyanın dünya ictimaiyyətinə daha ətraflı çatdırılması üçün Mərkəzi Asiyanın ən nüfuzlu resurslarından sayılan “NewsCentralAsia” informasiya portalında Səfirlik tərəfindən “20 Yanvar-Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsi” başlıqlı material dərc edilib, eləcə də sözügedən məlumat yerli media orqanlarına təqdim edilib. Materialda 20 Yanvar faciəsinin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğu vurğulanıb. Bu hadisənin Azərbaycan tarixinə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda Azərbaycanın bayrağı ölkənin bütün suveren ərazilərində dalğalanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə həm müasir Azərbaycan tarixində şərəfli bir dövr başlandı, həm də ölkənin azadlığı, müstəqilliyi, eləcə də ərazi bütövlüyü uğrunda 35 il əvvəl - 1990-cı ilin qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarının ruhu da şad oldu. Eyni zamanda, müasir dünyada informasiyanın yayılmasında internetin və sosial şəbəkələrin əvəzedilməz rolunu nəzərə alan Səfirlik xalqımıza qarşı törədilmiş bu qanlı aksiyanın dünya ictimaiyyətinə daha ətraflı çatdırılması üçün özünün internet saytında və sosial şəbəkələrdəki hesablarında türkmən, ingilis, rus və Azərbaycan dillərində 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat, video-materillar yerləşdirib. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və insan hüquqları üzrə müvəkkilinin 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı Bəyanatları yayılıb.

    AzadMedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR