AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Danimarkalı deputat Trampın Qrenlandiya ilə bağlı fikirlərinə kobud cavab verib

  • + A
  • - A
  • Dünən, 23:23

    Danimarkalı deputat Trampın Qrenlandiya ilə bağlı fikirlərinə kobud cavab verib


    Danimarkalı Avropa Parlamentinin üzvü Andres Vistisen ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı alması ilə bağlı sözlərinə kobud cavab verib. REN TV xəbər verir ki, o, bu barədə AP-nin iclasında fikirlərini bildirib.
    Vistisen Trampa xatırladıb ki, Qrenlandiya 800 ildir Danimarka Krallığının tərkibindədir və “satılmır”.
    "İcazə verin bunu başa düşdüyünüz sözlərlə deyim: cəhənnəmə get!" – deputat əlavə etdi.
    Moderatorlardan biri bu açıqlamalara reaksiya verərək, Vistiseni ədəbsiz sözlər işlətdiyinə görə tənbeh edib və ona “nəticələr” vəd edib.

    Tramp daha əvvəl bəyan etmişdi ki, Vaşinqtonun Qrenlandiyaya sahib olması “tamamilə zəruridir”. Adanın baş naziri Mute Egede bunu şərh edərkən, adanın satılmadığını və heç vaxt satılmayacağını bildirib. Onun sözlərinə görə, Qrenlandiya xalqı onun müstəqil dövlət olmasını istəyir, həm də gələcəklərini həll edən yeganə şəxs olmaq istəyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR