İran növbəti dəniz təliminə hazırlaşır. Ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı əmin edib ki, qarşıdakı təlimlərin məqsədi xarici təhlükələrə hazırlığı artırmaqdır.
İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri Fars körfəzi və Hörmüz boğazında təlimlər keçirəcək. Bu barədə İran mediası yazır.
Təlimlər barədə yanvarın 24-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı məlumat verib.
O vurğulayıb ki, təlimlər Hərbi Dəniz Qüvvələrinin qeyri-regional qüvvələrin istənilən təcavüzünə qarşı hazırlığını artıracaq.
Təlimlərdə müxtəlif növ raketlərdən və sürətli qayıqlardan istifadə ediləcəyi planlaşdırılır.
Bu həftənin əvvəlində İslam Respublikası silahlı qüvvələrin təlimləri keçirib və bu təlimlərdə terrorçularla mübarizənin müxtəlif üsulları tətbiq edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.