AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Seçkiyə getməyib nə gözləyirsiniz, niyə gözləyirsiniz?

  • + A
  • - A
  • Bu gün, 14:51

    Seçkiyə getməyib nə gözləyirsiniz, niyə gözləyirsiniz?


    Elnurə Abuşova,
    Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri


    Ölkədə bələdiyyə seçkisi keçirildi. Hər bir seçici üçün bərabər şərait yaradılmışdı seçkidə iştirak etmək üçün. Bu dəfə bələdiyyə seçkiləri suveren Azərbaycanın hər tərəfini əhatə edirdi.
    Əhali üçün yaradılan bu seçmək imkanından yararlanmaq yerli özünüidarəetmənin güclənməsi, şəhər və kəndlərin abadlaşması, sosial problemlərin həllində iştirak etmək deməkdir. Amma maraqlıdır ki, bəzi insanlar səsverməyə getməyib sonra şikayətlənməyi, sosial şəbəkələrdə boş-boş lağlağı etməyi üstün tuturlar.

    Seçkiyə getməyənlər müxtəlif bəhanələr gətirirlər: “Onsuz da heç nə dəyişməyəcək”, “Mənim səsim nəyə təsir edəcək ki?”, “Kimə səs versəm də fərqi yoxdur”. Səsinə sahib çıxa bilməyənlər, bu yanaşma nə qədər doğrudur? Seçkiyə qatılmamaqla vətəndaş öz iradəsini kimlərinsə ixtiyarına vermiş olur. Çünki səsverməyə gedənlər qərar verəcək, qalanlar isə bu qərarla yaşamağa məcbur olacaq.

    Təsəvvür edin, bir küçədə yaşıyırsınız və orada abadlıq işlərinin aparılmasını istəyirsiniz. Bələdiyyə isə məhz belə işlərə cavabdeh bir qurumdur. Amma siz bələdiyyə üzvlərini seçməyə getmirsiniz. Nəticədə, küçənizdə işlər görülməsə, buna görə kimə şikayət edəcəksiniz? Özünüz seçkiyə getməyib sonra vəziyyətdən narazı qalmağın nə mənası var?

    Seçki bir vətəndaşın öz gələcəyini formalaşdırmaq üçün əlində olan əsas vasitələrdən biridir. İnsanlar nə qədər fəal olsalar, idarəetmədə də o qədər dəyişiklik baş verər. Deməli, dəyişiklik istəyənlərin ilk addımı səsverməyə qatılmaqdır, sosial şəbəkədə boş-boş danışıb, əsassız ittiham etmək yox!


    Unutmayaq: Seçkidə iştirak etməmək bizim hüquqlarımızdan imtina etmək deməkdir. Vətəndaş olmaq yalnız şikayətlənmək yox, həm də məsuliyyət daşımaq deməkdir. Əgər sənin səsin mühüm deyilsə, niyə bəziləri onun üçün bu qədər mübarizə aparır?
    Sonda bir sualıma olmayan səmimiyyətinizlə cavab verin - Seçkiyə getməyib nə gözləyirsiniz, niyə gözləyirsiniz?


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR