AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lavrov-Fidan telefon danışığı olub

  • + A
  • - A
  • Dünən, 22:41

    Lavrov-Fidan telefon danışığı olub

    Yanvarın 31-də Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında telefon danışığı olub. Rusiya XİN-in məlumatına görə, söhbət zamanı Suriyada və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

    Xarici siyasət idarələrinin rəhbərləri Suriyada ölkənin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət prinsipləri əsasında hərtərəfli nizamlanmanın təşviqi üçün beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

    İkitərəfli gündəlikdə duran bir sıra məsələlər müzakirə edilib. Suriya məsələsi və digər aktual regional və beynəlxalq məsələlər üzrə yaxın təmasda qalmaq barədə razılıq əldə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR