İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamalıdır. Reuters xəbər verir ki, bu barədə Qətərin Baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.
“Biz sazişdə nəzərdə tutulduğu kimi, ikinci mərhələ üzrə danışıqların dərhal başlanmasını tələb edirik.
Bundan əvvəl İordaniya, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərin xarici işlər nazirləri Fələstin Administrasiyasının Qəzza zolağına nəzarət hüququnu təsdiqləyən birgə bəyanat yayıblar.
Sənəddə Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla Fələstinin bütün ərazisində Fələstin Muxtariyyətinin səlahiyyətlərinin bərpasının zəruriliyi vurğulanır. İclas iştirakçıları bu addımların həyata keçirilməsi üzərində işi davam etdirmək barədə razılığa gəliblər və qeyd ediblər ki, bu, İsrailin təcavüzü nəticəsində Qəzza zolağında yaranmış humanitar böhrana beynəlxalq ictimaiyyətə daha effektiv reaksiya verməyə imkan verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.