AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlon Mask USAID-i bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib

  • + A
  • - A
  • Bu gün, 06:17

    İlon Mask USAID-i bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib

    ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, sahibkar İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib.

    "USAID-in SİZİN vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla biosilah tədqiqatlarını maliyyələşdirdiyini bilirdinizmi?" o, X səhifəsində bildirib.

    Bundan əvvəl o, USAİD-i fəaliyyətini dayandırmalı olan cinayətkar təşkilat hesab etdiyini vurğulamışdı.

    Associated Press mənbələrə istinadən bildirir ki, USAID-in iki təhlükəsizlik meneceri DOGE ilə münaqişəyə görə inzibati məzuniyyətə göndərilib. Onlar Maskın agentliyinə məxfi məlumat verməkdən imtina ediblər.

    Yanvarın sonunda NBC News xəbər verdi ki, USAID-in 50-dən çox əməkdaşı növbəti bildirişə qədər tam maaş və müavinətlərlə inzibati məzuniyyətə buraxılıb. Bu qərar “USAİD daxilində Prezidentin İcra Sərəncamlarından və Amerika xalqının mandatından yan keçməyə hesablanmış bir sıra hərəkətləri” aşkar edən auditdən sonra qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR