Azadmedia.az xəbər verir ki, millət vəkili Razi Nurullayev deputat həmkarı Səyavuş Novruzovu sosial media üzərindən tənqid edərək bildirib ki, zənginə cavab vermədiyi üçün Siyavuş Novruzova sosial şəbəkədə cavab vermək məcburiyyətində qalıb. Sözügedən yazını təqdim edirik:
"Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik.
Amma, Siyavuş Novruzovun bu günkü çıxışında "İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın.
Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.