Tbilisidə etiraz aksiyası zamanı yolun bağlanması faktı ilə bağlı cinayət işi açılıb. Tbilisinin keçmiş meri Uqulava da daxil olmaqla 8 nəfər ittiham olunur.
Tbilisidə müxalifətçilərin magistral yolu bağlamağa çalışdıqları etiraz aksiyası xüsusilə mühüm obyektin bağlanmasına görə cinayət işi ilə yekunlaşıb. İş üzrə saxlanılanlardan biri də Tbilisinin keçmiş meri Qiqi Uqulavadır.
Bu cinayət işi üzrə daha 7 nəfər təqsirləndirilir: Dmitri Bidzinaşvili, İrakli Tsiqnadze, İrakli Tabladze, Nikoloz Kupatadze, Vasil Eliava, Nikoloz Kumsişvili və Aleksandr Qoqoladze.
İttiham tərəfinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının çağırışlarına baxmayaraq, 8 etirazçı beynəlxalq magistral yolu bağlamağa cəhd edib.
Cinayət işi çərçivəsində saxlanılanları 4 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, Tbilisidə etiraz aksiyası fevralın 2-də baş tutub. Fəallar magistral yolu bağlamağa cəhd ediblər, daha sonra Gürcüstan paytaxtının mərkəzinə keçiblər. Polis müxalifət lideri Nika Melia da daxil olmaqla 30-dan çox adamı saxlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.