Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşüb, iki ölkə arasında tərəfdaşlıq sazişini müzakirə ediblər.
Bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.
“Tərəfdaşlarla addımların əlaqələndirilməsinə, təhlükəsizlik zəmanətlərinə, Rusiya Federasiyasına, o cümlədən onun neft sənayesinə və müdafiə sənayesinə qarşı sanksiyaların gücləndirilməsinə və dondurulmuş Rusiya aktivlərinin ölkəmizin xeyrinə istifadəsinə xüsusi diqqət yetirilib”, - Zelenski yazıb.
Ukrayna lideri həmçinin qeyd edib ki, Kiyev Londonun göstərdiyi maliyyə yardımını yüksək qiymətləndirir.
Fevralın 5-də Zelenski Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib. Lakin o, Ukrayna xalqının “bunları zəruri hesab etməsi” şərti ilə diplomatik tədbirlərə keçidə icazə verib.
Kreml Zelenskinin açıqlamalarına reaksiya verib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalı siyasətçinin açıqlamalarını boş sözlər adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.