Tramp Putinlə danışmaq niyyətində olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlara və Ukraynadakı münaqişəyə son qoymağa sadiq qaldığını bildirib. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə görüşündə bildirib.
“Yəqin ki, Putinlə danışacam”. "Mənim Putinlə həmişə yaxşı münasibətlərim olub", - Amerika prezidenti deyib.
Eyni zamanda, Tramp Ukrayna böhranına son qoymaq istədiyini bir daha bəyan edib və bir daha vurğulayıb ki, o vaxt Amerika dövlətinin başçısı olsaydı, böhran baş verməzdi. Bundan əlavə, Ağ Ev rəhbəri bir daha Avropanın Ukraynaya kifayət qədər dəstək vermədiyinə diqqət çəkib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.