AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Putinlə telefon danışığında Ukraynada tezliklə atəşkəsə çağırıb

  • + A
  • - A
  • Dünən, 22:06

    Tramp Putinlə telefon danışığında Ukraynada tezliklə atəşkəsə çağırıb

    ABŞ lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Ukraynadakı hərbi fəaliyyətləri tez bir zamanda dayandırmağa çağırıb. Bu barəfə Kremlin sözçüsü Dmitri Peskov söhbətdən sonra deyib.

    "Tərəflər Ukraynadakı vəziyyətin həllini müzakirə ediblər. Prezident Tramp mümkün qədər tez hərbi fəaliyyətə son qoymağa və problemi sülh yolu ilə həll etməyə çağırıb", - o qeyd edib.

    Putin də öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın vacibliyini vurğulayıb və Trampla razılaşıb ki, “uzunmüddətli həllə sülh danışıqları vasitəsilə nail olmaq olar”.

    Rəsmi məlumata görə, bu, Putinlə Tramp arasında 2020-ci ilin iyulundan bəri ilk danışıq, həmçinin Putinin 2022-ci ilin fevralında Co Baydenlə zəngindən sonra Rusiya və ABŞ liderləri arasında ilk ünsiyyət olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR