Vladimir Zelenski ABŞ-da səfərdə olan ABŞ Maliyyə naziri Skott Bessentlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib ki, Kiyev Ukraynanın nadir torpaq minerallarından istifadəyə dair ABŞ-ın təklif etdiyi sazişi alıb.
“Mən bilirəm ki, komandamıza ölkələrimiz arasında tərəfdaşlıq haqqında sənədin ilk layihəsi Amerika Birləşmiş Ştatlarından verilib. "Biz bu sənədi bu gün almışıq. Biz onu öyrənəcəyik və hər şeyi edəcəyik ki, komandalarımız həqiqətən də çox tez razılığa gəlsin və bu sənədi imzalasın."
Zelenski sazişin fevralın 14-16-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransı zamanı və ya ondan əvvəl imzalanacağına ümid etdiyini bildirib.
"Biz vaxt itirmək istəmirik" dedi.
Fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp demişdi ki, Amerika Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Zelenski daha sonra bildirib ki, Vaşinqtona təklif olunan böyük mineral və nadir metal yataqları Kiyevin nəzarətindən kənar ərazilərdə yerləşir. “Reuters”ə müsahibəsində Zelenski təhlükəsizlik zəmanəti müqabilində Trampa Ukrayna minerallarını və yeraltı qaz anbarlarını təklif etməyə hazır olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.