AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO Avropada böyük güclər arasında münaqişənin qarşısını almağa çalışmalıdır - Pentaqon

  • + A
  • - A
  • Dünən, 23:01

    NATO Avropada böyük güclər arasında münaqişənin qarşısını almağa çalışmalıdır - Pentaqon

    .ABŞ-ın müdafiə naziri Pit Heqset Brüsseldə NATO müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib ki, NATO-nun strateji məqsədi Avropada böyük dövlətlərin münaqişəsinin qarşısını almaq olmalıdır.
    Onun sözlərinə görə, "ABŞ daha güclü, daha öldürücü NATO qurmağa sadiqdir. Bununla belə, biz təmin etməliyik ki, Avropa və Kanadanın bu müqavilənin 3-cü maddəsinə sadiqliyi eyni dərəcədə güclüdür". NATO Müqaviləsinin 3-cü maddəsinə əsasən, Şimali Atlantika Alyansının üzvləri silahlı hücuma qarşı müqavimət göstərmək üçün fərdi və kollektiv imkanlarını qoruyub saxlamalı və inkişaf etdirməlidirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR