AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Rusiya, Ukrayna və ABŞ-ın Səudiyyə Ərəbistanında görüşəcəyini açıqlayıb

  • + A
  • - A
  • 14-02-2025, 11:27

    Tramp Rusiya, Ukrayna və ABŞ-ın Səudiyyə Ərəbistanında görüşəcəyini açıqlayıb

    ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında gələn həftə Rusiya və ABŞ-ın yüksək səviyyəli nümayəndələrinin Moskva ilə Kiyev arasında nizamlanmaya dair Səudiyyə Ərəbistanında danışıqlar aparacağını və Ukraynanın da iştirak edəcəyini bildirib.

    Bir neçə saat əvvəl o, fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bu üç ölkənin rəsmilərinin iştirakı ilə gözlənilən təmaslar barədə məlumat verib. Kiyev bunu təkzib edib, lakin Tramp yenə də sabahkı görüşün baş tutacağını bildirib.

    “Sabah Münhendə görüş olacaq, gələn həftə isə Səudiyyə Ərəbistanında prezident Putinlə deyil, yüksək rütbəli rəsmilərlə görüş olacaq”, - Tramp Hindistanın baş naziri Narendra Modi ilə mətbuat konfransından əvvəl deyib. Respublikaçı bu təmasların hansı formatda baş tutacağını dəqiqləşdirməyib.

    Münhen Konfransı fevralın 14-dən 16-dək baş tutacaq və onun çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ın vitse-prezidenti Cey Di Vans və ABŞ dövlət katibi Marko Rubio ilə görüşü gözlənilir. Rusiya 2022-ci ildən bu tədbirdə iştirak etmir.

    Tramp fevralın 12-də telefon danışığından sonra Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüş üçün mümkün yer kimi Səudiyyə Ərəbistanını qeyd edib. Həmin gün o, Zelenski ilə danışıb. Kreml də öz növbəsində qeyd edib ki, Putinlə Trampın görüşünün yeri və tarixi “müəyyən hadisələrdən” sonra açıqlana bilər.

    Rusiya ABŞ-la dialoq üçün danışıqlar qrupunun yaradılmasına başlayıb. Amerika komandasının üzvləri arasında Tramp Rubionun, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin, milli təhlükəsizlik müşaviri Maykl Valsın və Yaxın Şərq üzrə xüsusi elçi Steve Whitkoffun adını çəkib. Kreml ABŞ-ı Ukrayna üzrə sülh danışıqlarında “əsas tərəfdaş” adlandırıb. Zelenski ölkəsinin iştirakı olmadan hər hansı sülh danışıqlarının yolverilməz olduğunu bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR