AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna ABŞ-a tərəfdaşlıq memorandumunun layihəsi təqdim edib

  • + A
  • - A
  • 14-02-2025, 21:06

    Ukrayna ABŞ-a tərəfdaşlıq memorandumunun layihəsi təqdim edib

    Ukrayna nadir torpaq metalları üzrə ABŞ-la tərəfdaşlıq memorandumunun layihəsinin hazırlanmasını başa çatdırıb və onu Amerika tərəfinə təhvil verib. Bu barədə Münhendəki BBC-yə Ukrayna nümayəndə heyəti məlumat verib.

    Fevralın 12-də Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı zamanı Ukraynanın tərəfdaşlıq memorandumunun layihəsinin hazırlanmasını başa çatdırması və onu Amerika tərəfinə ötürməsi barədə razılığa gəliblər.

    Ukrayna sənəd təqdim etdi və Amerika tərəfi sənəd üzərində işləmək üçün fevralın 14-ü saat 17:00-a qədər vaxt istədi.

    Tramp daha əvvəl bəyan etmişdi ki, Vaşinqton Rusiyanın hərbi əməliyyatlarına qarşı çıxmaq üçün Ukraynaya verdiyi çoxmilyardlıq yardıma görə təbii ehtiyatlara çıxış formasında təzminat almalıdır.

    Fevralın 14-də Münhendə illik Beynəlxalq Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Bu dəfəki əsas mövzu ABŞ prezidenti Donald Trampın Ukrayna məsələsində Rusiya ilə sülh danışıqlarına başlamaq istəyi olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR