AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lavrov və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi təhlükəsizlik məsələlərini müzakirə ediblər

  • + A
  • - A
  • 18-02-2025, 20:29

    Lavrov və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi təhlükəsizlik məsələlərini müzakirə ediblər

    RİA Novosti xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra dünyada sabitlik və təhlükəsizliyin bərqərar edilməsi səyləri barədə fikir mübadiləsi aparıblar.

    “Əlahəzrət vəliəhd şahzadə Rusiya xarici işlər nazirini və onu müşayiət edən nümayəndə heyətini Krallığa səfəri zamanı salamlayıb... Görüş zamanı iki dost ölkə arasında əlaqələrin aspektləri və müxtəlif sahələrdə onların möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə olunub”, - Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi danışıqların yekunlarına dair məlumat yayıb.

    Agentlik qeyd edib ki, Lavrov vəliəhdlə “regional və beynəlxalq hadisələri də müzakirə edib, onlar bu hadisələr və təhlükəsizlik və sabitliyə nail olmaq üçün göstərilən səylərlə bağlı fikir mübadiləsi aparıblar”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR