AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkilləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər - Fotolar

  • + A
  • - A
  • Bu gün, 12:13

    Millət vəkilləri  Xocalı soyqırımı abidəsini ziyarət etdilər - Fotolar
    Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Milli Məclisin bir qrup deputatı “Ana harayı” abidəsini ziyarət edib.
    Azadmedia.az xəbər verir ki, millət vəkilləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
    “Ana harayı” abidəsini ziyarət edən millət vəkillərindən biri 74 salylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov Azadmedia.az-ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, Xocalı soyqırımı hadisəsindən bizi artıq bir qərinə ayırır. Nəinki qərinələr, əsrlər keçsə də xalqımız bu faciəni unutmayacaq, soyqırımı qurbanlarını ehtiramla yad edəcəklər. Xocalıda həyat axarına düşür, sakinlər geri qayıdır, infrastuktur qaydaya salınır, aqrar iqtisadiyyat dirçəldilir. Biz bundan sonra yalnız və yalnız Xocalının xoş günlərinə şahidlik edəcəyik. Allah Xocalı soyqırımı qurbanlarına, Xocalı uğrunda canından keçən bütün şəhidlərə rəhmət eləsin! Ehtiramla anırıq hər birinin xatirəsini.
    Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib, soyqırımı törədib. Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.




    [center]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR