NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla telefon danışığında Ukraynaya yardım məsələsini müzakirə edib. Bu barədə TASS baş katibin sosial şəbəkələrinə istinadən məlumat yayıb.
Rutte Trampla söhbəti “əla” adlandırıb.
“ABŞ və NATO güclənir”. “Alyansdakı müttəfiqlər müdafiə sahəsinə investisiyaları aktiv şəkildə artırırlar”, o əlavə edib.
Bundan əlavə, baş katib NATO ölkələrinin hansı dövlətlərin söz mövzusu olduğunu və ABŞ-ın onların arasında olub-olmadığını dəqiqləşdirmədən “millyardlarla yardım, eləcə də təhlükəsizlik təminatları hazırladığını” qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.