AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qoca Bayden, Allah sənə lənət eləsin!

  • + A
  • - A
  • Dünən, 22:56

    Qoca Bayden, Allah sənə lənət eləsin!

    Siyasi şərhçi Əziz Əlibəyli yazır:
    "Trampın və komandasının etdiyi böyük bir tərbiyəsizlikdir.
    Dünyanın gözü qarşısında qonaq ölkənin rəhbərinin alçaldılması dünyadakı qaydaların amansız tapdanması, onsuz da tükdən asılı beynəlxalq hüquqa tüpürməkdir.
    Bu, qarşısıalınmaz proseslərə aparır. Tramp üçüncü dünya müharibəsinin səbəbkarı kimi Zelenskini ittiham edir, amma özünün etdiyi hərəkətin dünya üçün doğuracağı nəticələri müharibə səbəbi kimi görmürsə, onda heç nə. Sabahdan hansı ölkənin hansı ölkədən xoşu gəlmirsə, çağırıb rəhbərini rahat formada sındıra bilər.
    Ortada Amerika dəyərləri- filan artıq yoxdur. Üç yüz illik sistem yeni amerikan tiraniyasına tabe olmaqdadır.
    Hər -halda "kostyum"suz da olsa, Zelenskinin duruşu alqışa layiqdir. Təəssüf ki, axşam- axşam biriləri Rusiyaya növbəti dəfə ayı xidməti göstərdi.
    Bütün yaramaz insanlara rəğmən, Zelenski bir qəhrəmandır və o həqiqətən də bu cür məğlubiyyət qətiyyən layiq deyil.
    İnsan təkcə Putinlə savaşda özünü sübut etməyi bəs deyilmiş kimi bir də Trampla ölkəsi naminə əməlli-başlı vuruşur, əsl savaş Oval Ofisdə gedir.
    Görüşün adi bir hissəsinə baxaq:
    Tramp və Zelenskinin görüşündən

    Trump: Sən milyonlarla insanın həyatı ilə qumar oynayırsan. Siz III Dünya Müharibəsi ilə qumar oynayırsınız. Əlində kart da yoxdur.
    Zelenski: Mən burada kart oynamıram.
    ABŞ-nin Vitse-prezidenti Vens: Ukraynada müharibə səbəbindən kişi qalmayıb
    Zelenski: Ukraynaya gəlib kişi görə bilərsiniz.
    ..
    Şübhəsiz ki, Ukrayna böyük alver masasında Rusiya ilə Amerika arasında bölüşdürüldü, bu gün də rəsmiləşdirilir deyək.
    Belə, növbəti dəfə heç bir siyasi və hərbi işə yaramayan Qərbi Avropanın da simasını görmüş olduq. Deməli, Rusiya qarşısında diz çökən də o deyil, turşumuş qərbdir.
    Belə, nəticəsiz bitməsi isə ədalət haqda bir daha fikir yürütməyə səbəbiyyət verir.
    Qoca Bayden, Allah sənə lənət eləsin!".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR