Müharibə başlayan ilk gündən bunu Ukrayna ərazisində aparılan Rusiya-NATO müharibəsi kimi dəyərləndirdik. Avropanın bu günkü durumu bunu bir daha təsdiq edir. Dünən Fransa prezidenti Makron Rusiyanın Ukraynaya hücumunun əslində Avropanın təhlükəsizliyini sual altına düşürdüyünü bəyan etmiş oldu. Polşanın baş naziri Donald Tusk həyəcanlı şəkildə ifadə etdi ki, “500 milyon avropalı 300 milyon amerikalıdan 140 milyon rusa qarşı özlərini müdafiə etmələrini xahiş edir. Bu gün Avropa həqiqətən qlobal güc olduğuna inamını itirib”. Hər ikisi haqlıdır.
Çünki əksəriyyəti Avropa ölkələrində təşkil edilən NATO-nun təhlükəsizliyinin əsas qarantı ABŞ idi. O da Ukraynanı, əslində isə Avropanı təslimçiliyə sövq edir. Avropa Vaşinqtonun orbitindən çox uzaqlaşmışdı, daha çox hərbi müstəqilliyə can atırdı, elə müharibənin əsas hədəflərindən biri də Rusiyanın vasitəsilə Avropanın qamətini qırıb yenidən Vaşinqtonun orbitinə qayıdışını təmin etmək idi. Baydenin zamanında başlanan bu prosesi Trampın prezidentliyi dövründə kuliminasiya nöqtəsinə çatır.
Müharibənin ilk aylarından dünyada yaranan hərbi sənaye komplekslərinin əsas müəlliflərinin Rusiya və ABŞ olması nəticənin necə olacağını aydınlaşdırırdı.
Müharibə ərzində yalnız Türkiyə milli maraqlarının perspektivlərini əsas tutaraq praqmatik qərarlar verdi və Rusiyaya qarşı tətbiq edilən kütləvi sanksiyalara qoşulmadı. Dünən, 2 martda Ukrayna üçün təşkil edilən Avropa ölkələrinin liderlərinin toplantısında da Türkiyə XİN rəhbəri Hakan Fidanın mövqeyi daha sağlam görünürdü.
Zelenski-Tramp görüşü zamanı ən vacib məqam birincinin davamlı şəkildə və xüsus inadla “təhlükəsizlik qarantiyası” istəməsi idi. Zelenski indi qapı-qapı gəzir və hər kəsdən bunu istəyir. Bu təhlükəsizlik qarantiyası nədir? Təbii ki, söhbət Ukraynanın gələcək təhlükəsizliyindən getmir, əgər müharibə bitəcəksə, daha Rusiya hücum edəsi deyil ki… Elə Zelenski də bunu nəzərdə tutmurdu. Ukraynanın təxminən Cənubi Qafqaz böyüklükdə əraziləri Rusiyanın əlindədir. Ölkə ən azı 100 illik borclandırılıb. Ukraynanın xilası mümkün deyil.
Zelenski öz hakimiyyətinin, prezidentliyinin qorunacağının zəmanətini tələb edir. Başa düşür ki, indiki situasiyada sülhə imza atmaq onun prezidentliyinin sonu deməkdir, öz taleyinin necə olacağı isə bəlli deyil.
Samir Feyruzov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.