ABŞ prezidenti Donald Tramp martın 3-də yüksək vəzifəli şəxslərlə görüş keçirib və o, digər məsələlərlə yanaşı, Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi və Ukrayna hərbçilərinin təliminin azaldılması məsələlərini müzakirə edəcək. Bu barədə “The Washington Post” qəzeti prezident administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Məqalədə deyilir: “Sursat və radar kimi avadanlıqların saxlanması ilə yanaşı, nəzərdən keçirilən siyasətin başqa variantı kəşfiyyat məlumatlarının mübadiləsini və Ukrayna hərbçiləri və pilotlarının təlimini məhdudlaşdırmaqdır”.
Nəşrin mənbəsinin qeyd etdiyi kimi, Trampın köməkçiləri ötən həftə Oval kabinetdəki qalmaqaldan sonra Ukraynaya hərbi yardımı dayandırmaq üçün ciddi siyasi variantlar hazırlamağa başlayıblar.
Mənbənin məlumatına görə, görüşdə ABŞ dövlət katibi Marko Rubio, vitse-prezident J.D.Vens, müdafiə naziri Pit Heqset, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard, Yaxın Şərq üzrə səfir Stiv Vitkoff iştirak edəcək.
Digər mənbələr CNN-ə bildiriblər ki, Tramp Ukraynaya hərbi yardımın çatdırılmasını dayandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.