AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mohacerani: İran Ukrayna kimi öz liderinin ABŞ-la danışıqlarda alçaldıldığını görməyə hazır deyil

  • + A
  • - A
  • Dünən, 21:30

    Mohacerani: İran Ukrayna kimi öz liderinin ABŞ-la danışıqlarda alçaldıldığını görməyə hazır deyil

    ABŞ-ın “maksimum təzyiq” siyasəti İran üçün problemlər yaradıb, lakin İran xalqı Kiyevin Vaşinqtonla danışıqları zamanı Ukraynanın yaşadığı rüsvayçılığın şahidi olmağa hazır deyil. Bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani həftəlik mətbuat konfransında bildirib.

    “Danışıqlar xoşməramlılıq aktıdır, onları tətbiq etmək olmaz”. “Maksimum təzyiq” artıq bizdə sınaqdan keçirilib. "Bəli, bu, bizə problem yaratdı, lakin biz Ukrayna xalqının öz prezidentinə münasibətdə alçaldılmasına şahidlik etməyə hazır deyilik", - Mohacerani ABŞ-la vasitəçilər vasitəsilə danışıqların mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

    Bundan əvvəl Donald Tramp administrasiyası neft brokerlərinə və İran neftinin tədarükü ilə məşğul olan gəmilərə qarşı “maksimum təzyiq” siyasətinə qayıdış strategiyasının tərkib hissəsinə çevrilmiş sanksiyaların yeni mərhələsini elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR