Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başa çatmasına münasibət bildirib. Bir gün əvvəl hər iki ölkənin nümayəndələrinin sülh sazişinin yekun bəndləri ilə bağlı razılığa gəldiyi bildirilmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ermənistan-Azərbaycan sülh danışıqlarının başa çatması ilə bağlı şərh yayıb.
Mariya Zaxarova vurğulayıb ki, bu hadisə hər iki ölkəyə son nəticədə tam normallaşmaya nail olmağa imkan verəcək mühüm addımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.