“Prezident Tramp və Putin dünən Ukraynadakı müharibədə sülhün və atəşkəsin zəruriliyindən danışıblar. Hər iki lider münaqişənin davamlı sülhlə bitməsi ilə bağlı razılığa gəlib və ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. Bu barədə bu gün, martın 19-da Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.
Prezident Tramp bu səhər prezident Zelenski ilə Rusiya və Ukrayna ilə onların ehtiyac və istəklərini əlaqələndirmək üçün danışıb.
Prezident Trampın dəfələrlə qeyd etdiyi kimi, Ukrayna və Rusiyanın bu müharibəyə xərclədiyi qiymətli canlar və pullar xalqın ehtiyaclarına xərclənsə daha yaxşı olardı.
"Bu dəhşətli münaqişə heç vaxt prezident Trampın dövründə başlamazdı. Lakin o, bunu birdəfəlik bitirmək əzmindədir", - Ağ Evin mətbuat katibi vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.