AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov yaz tətilində Masallıda seçicilərlə görüşlərə start verdi

  • + A
  • - A
  • 22-03-2025, 10:00

    Deputat Məşhur Məmmədov yaz tətilində Masallıda seçicilərlə görüşlərə start verdi

    74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov Novruz bayramı tətilini Masallıda keçirərək, seçicilərlə səyyar və kollektiv görüşlərə start verib.

    Azadmedia.az xəbər verir ki, bu barədə millət vəkili şəxsi sosial media hesabında yazıb.
    Deputat səfər çərçivəsində Masallının Hişkədərə kəndində şəhid məzarlarını ziyarət edib. Hişkədərə kənd qəbiristanlığında torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Vətən övladlarının məzarlarına gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Ziyarətdə şəhid ailələri də iştirak edib, cəmi şəhidlərin xatirəsinə ehtiram ifadə edilib.
    Şəhid məzarlarının ziyarətindən sonra millət vəkili Məşhur Məmmədov ziyarətə gələ bilməyən şəhid ailəsini evində ziyarət edib, daha sonra Hişkədərə Kənd Ərazi Nümayəndəliyinin inzibati binasında 40-dan çox seçici ilə görüş keçirib. Görüşdə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və deputatın köməkçiləri də iştirak edib. Seçicilər öz təklif və problemlərini səsləndiriblər, onları maraqlandıran suallara cavab verilib. Bəzi məsələlər yerində həll olunub, digərləri isə deputatın köməkçiləri tərəfindən qeydə alınıb və aidiyyəti qurumlara yönləndirilməsi üçün müvafiq tədbirlər görüləcək.

    Deputat Məşhur Məmmədov qeyd edib ki, bayram əhvallı görüşlər davam edəcək və seçicilərlə mütəmadi olaraq bir araya gəlmək əsas prioritetlərdən biridir.





























    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR