Ermənistanın baş naziri Paşinyan bildirib ki, yeni Konstitusiyanın qəbulu ilə bağlı səsvermə iki ildən sonra keçiriləcək. Bundan əlavə, o bildirib ki, İrəvan tezliklə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müzakirələrə başlayacaq.
Ermənistanın yeni Konstitusiyasının qəbulu ilə bağlı səsvermə 2027-ci ildə keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.
"Bizim hakim hakimiyyətdə siyasi gündəmimizi daha konkretləşdirmək üçün konstitusiya proseslərini 2026-cı il parlament seçkiləri ilə paralel aparmaq zərurəti ilə bağlı fikirlər var. Amma bu, sırf ölkədaxili siyasi prosesdir. Amma etiraf etməliyəm ki, bu, regional, qlobal təsir göstərməyə bilməz".
- Nikol Paşinyan deyib.
O, bundan əvvəl demişdi ki, dövlətin yeni Konstitusiyası “üzvi olaraq Ermənistan vətəndaşları ilə bağlı olmalıdır”.
Bundan başqa, Ermənistanın baş naziri İrəvanın ATƏT-in Minsk Qrupunun ləğvi məsələsini müzakirə etməyə hazır olduğunu vurğulayıb və bu məsələyə yaxın vaxtlarda start veriləcəyini bildirib.
"Bir daha təkrar edirəm: ATƏT MQ-nin buraxılması məsələsi müzakirə obyektidir. Və biz yaxın vaxtlarda bu məsələ ilə bağlı müzakirələrə başlamaq niyyətindəyik" - Nikol Paşinyan deyib.
Yada salaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Ermənistan ilk növbədə diqqətini sülh müqaviləsinə maneələrin aradan qaldırılmasına yönəltməlidir ki, bunlardan biri də Bakıya qarşı Konstitusiyada nəzərdə tutulan ərazi iddiaları və ATƏT-in Minsk qrupunun mövcudluğudur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.