AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa telekanalı Ermənistansız region xəritəsi dərc etdi - Qalmaqal

  • + A
  • - A
  • 26-03-2025, 11:12

    Fransa telekanalı Ermənistansız region xəritəsi dərc etdi - Qalmaqal

    Fransanın “Arte France” telekanalı “28 Dəqiqə” proqramında Ermənistansız regionun xəritəsini dərc etdiyinə görə üzr istəyib. Bu barədə jurnalist Qriqor Amirzanyan məlumat verib.

    Verilişin aparıcısı Elizabet Kin hadisəyə görə üzr istəyərək, kollektiv səhv olduğunu və proqramın yaradıcılarının baş verənlərdən təəssüfləndiyini bildirib. O, burada heç bir pis niyyətin olmadığını qeyd edərək, onları bağışladıqları üçün tamaşaçılara təşəkkür edib.

    Azadmedia.az xarici kiv-lərə istinadla xatırladır ki, “28 Dəqiqə” xəbərində Türkiyədə hökumət əleyhinə aksiyalardan bəhs edilib. Və xəritədə Ermənistandan başqa bütün region ölkələri göstərilib. Bu vəziyyət sosial mediada səs-küyə səbəb olub. Məsələyə istifadəçilər, QHT-lər və media qurumları reaksiya verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR