Danimarka hökuməti qadınlar üçün məcburi hərbi xidmət tətbiq edir. Krallığın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, 18 yaşına çatmış danimarkalı qadınlar iyulda - əvvəlcədən planlaşdırılandan xeyli tez hərbi xidmətə çağırıla bilərlər.
"Müdafiə siyasəti və təhlükəsizlik sahəsində mövcud vəziyyəti nəzərə alaraq, silahlı qüvvələr daha çox yeni çağırışçı cəlb etməlidir", - o qeyd edib. Nazirin sözlərinə görə, 2025-ci il iyulun 1-dən hərbi xidmətə çağırış məsələsində kişi və qadınlar arasında tam bərabərliyə nail olunması bu baxımdan mühüm siqnal olacaq. Əvvəlcə danimarkalı qadınların 2027-ci ildən hərbi xidmətə çağırılacağı nəzərdə tutulurdu. Həmin qərarla məcburi hərbi xidmət müddəti dörd aydan on bir aya qədər artırılıb. Hazırda qadınlar Danimarka silahlı qüvvələrində yalnız könüllü olaraq xidmət edirlər.
Danimarkada məcburi hərbi xidmətə çağırış yalnız kifayət qədər sayda könüllülər cəlb edildikdə həyata keçirilir. AFP yazır ki, illik lotereya dəqiq kimin seçiləcəyini müəyyənləşdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.