Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski Parisdə “istəklilər koalisiyası” sammiti ərəfəsində görüşüblər. Bu barədə Azadmedia.az BBC-yə istinadən xəbər verir.
Makron və Zelenski Yelisey sarayının qarşısında görüşüb və danışıqlara başlayıblar.
Makron danışıqlardan sonra Fransanın Kiyevə əlavə 2 milyard avro hərbi yardım edəcəyini açıqlayıb. Zelenski ilə birgə mətbuat konfransında Makron bildirib ki, Rusiya heç bir şərt olmadan Ukraynada 30 günlük atəşkəsə razı olmalıdır.
Fransa lideri Moskvanı hələ də “müharibə arzusu” nümayiş etdirməkdə ittiham edib və indi döyüşlərə son qoymaq üçün həlledici mərhələ olduğunu deyib.
Xatırladaq ki, martın 27-də Parisdə Ukrayna ətrafında vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin iştirakı ilə sammit keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.