AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib

  • + A
  • - A
  • 6-04-2025, 10:15

    Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib

    Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib.
    Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, Assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı ilə bağlı fikirlərini səsləndiriblər.
    Qeyd edək ki, spiker Sahibə Qafarovanın Assambleyada çıxışı nəzərdə tutulub. Azərbaycan parlamentinin sədri həmçinin tədbir çərçivəsində bir sıra ölkələrin qanunverici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR