AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib

  • + A
  • - A
  • 17-04-2025, 15:38

    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib


    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
    “Pulkovo” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, deputat Andrey Ələsgərov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.
    Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR