AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Nizami Səfərov beynəlxalq konfransda süni intellektin təhlükəli tərəflərinə diqqət çəkib

  • + A
  • - A
  • 19-04-2025, 13:08

    Millət vəkili Nizami Səfərov beynəlxalq konfransda süni intellektin təhlükəli tərəflərinə diqqət çəkib

    17 aprel 2025-ci il tarixində Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorçuluq Əleyhinə İdarəsinin birgə təşkilatçılığı ilə “Süni intellektin terrorçuluq məqsədləri üçün istifadəsinin qarşısının alınması sahəsində hüquqi tənzimləmə” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

    Azadmedia.az xəbər verir ki konfransda Azərbaycanı Milli Məclisin deputatı, hüquq üzrə professor Nizami Səfərov təmsil etmiş və məruzə ilə çıxış etmişdir. Deputat öz çıxışında informasiya-kommunikasiya texnologiyalarının bəşəriyyətin üzləşdiyi çağırışların həllində əhəmiyyətli rol oynadığını vurğulamaqla yanaşı, süni intellektin qanunsuz məqsədlər üçün istifadəsi məsələsinə də diqqət çəkmişdir.

    Nizami Səfərov məruzəsində süni intellekt texnologiyalarının terrorçuluq, çirkli pulların yuyulması, cinayət əməllərinin təbliği və digər qeyri-qanuni fəaliyyətlər üçün potensial alətə çevrilə biləcəyini xüsusi qeyd etmişdir. O, müasir dövrdə kiber-təhlükəsizliyin təmin olunmasının prioritet məsələ olduğunu və bu istiqamətdə mövcud qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

    Tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri bu sahədə milli və beynəlxalq səviyyədə atılmalı olan addımları müzakirə etmiş, birgə əməkdaşlığın gücləndirilməsi zərurətini vurğulamışlar.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR