Ermənilərə “vəkillik” edən kanadalı nazir
Kanadanın xarici işlər naziri Melani Coli növbəti dəfə ölkəmizlə bağlı qərəzli fikirlər səsləndirib.
Coli hələ də Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəlir. Hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb. Erməni milli komitəsinin maraqlarını müdafiə etməklə xarici işlər naziri olaraq həm də diplomatik savadsızlığını ortaya qoyub. Kanadalı nazirin fikirlərinə Azərbaycan Xarici İşlər Nazirliyi dərhal reaksiya verib. Mətbuat katibi Ayxan Hacızadə cavabında həmçinin bir aforizmə də istinad edib: "Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır"."Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox".
Görünür, xanım Meloninin yarımçıq fikirləri qərəzlə yoğrulub. Kiçik beyni böyük məsələlər ətrafında sağlam düşüncə sərgiləyə bilmir. Əvvəla, Kanadanın bibarçı keçmişi heç kimə sirr deyil. 18-ci əsrdən başlayaraq, müstəmləkə siyasəti nəticəsində yerli əhalini Avropaya tabe etmək üçün müxtəlif assimilyasiya vasitələrindən istifadə ediblər. Məsələn, minlərlə yerli uşaq ailələrindən ayrılaraq kilsə tərəfindən idarə olunan internat məktəblərində, xüsusən də katolik kilsəsi tərəfindən dini missionerlik təcrübələrinə məruz qalıblar. Hələ bunlar Kanadanın çirkin siyasətindən bir hissədir. Keçmişdən bu günə qədər insan hüquq və azadlıqlarının pozulması halları davam edir. Belə olan halda, daxili məsələlərdən diqqət yayındırmaqla Azərbaycanın ünvanına həqiqət olmayan fikirlərin səsləndirilməsi nə deməkdir?
Əslində, ilk dəfə deyil ki, Melani Coli ölkəmizlə bağlı əsassız fikirlər səsləndirir. 2024-cü ilin 22 sentyabrında da ermənipərəst bəyanat verməklə, erməni separatizmini və terrorizmini fəal şəkildə dəstəklədiyini ortaya qoymuşdu. Baş dipolmat nə vaxta qədər ermənilərin dırnaqarası vəkili postunda oturacaq? Yorucu deyil?!
Xanım nazir daha çox qalmaqallı və ermənipərəst diplomat kimi tanınır. Dəfələrlə "Davamlı həllin yalnız diplomatiya və beynəlxalq hüquqa hörmət yolu ilə mümkün olduğunu söyləsə də, anlaya bilmir ki, Azərbaycan Ermənistan arasındakı münasibətlər sülhə töhfə vermək mərhələsindədir. Onun qərəzli fikirləri diplomatiyaya ziddir. Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirməklə gerçək simasını nümayiş etdirib