AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa İttifaqı və Azərbaycan əlaqələrində yeni səhifə açılır

  • + A
  • - A
  • 25-04-2025, 16:49

    Avropa İttifaqı və Azərbaycan əlaqələrində yeni səhifə açılır


    Azərbaycanın Cənubi Qafqazda yürütdüyü uğurlu siyasət müsbət dəyərləndirilir. Ələxsus Aİ Azərbaycanın regional və geosiyasi əhəmiyyətini qəbul edir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri və Prezident İ.Əliyevlə görüşməsi eləcə də bir çox sahələr üzrə aparılan müzakirələr Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, Azərbaycanın C.Qafqazda artan rolu da qeyd olunmalıdır. Məhz bu baxımdan da Aİ Azərbaycanın qlobal miqyasdakı əhəmiyyətini görür. Bu isə Avropa İttifaqına əvvəl mövcud olmuş stereotiplərdən və yanaşmalardan geri çəkilməyə imkan verir

    Bu gün Azərbaycan dövləti həm iqtisadi qüdrəti, həm də geosiyasi nüfuzu ilə Avropanın diqqət mərkəzindədir. Xüsusilə, bu qitənin etibarlı enerji tərəfdaşı olmaqla, öz mövqelərini və etibarını hər gün daha da möhkəmlədir. Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın Xəzər dənizi - Qara dəniz regionunda oynadığu rolu, Avropanın enerji təhlükısizliyinin təmin edilməsində yerini yüksək qiymətləndirir. Həmçinin Azərbaycan Avropanın 10 ölkəsinə qaz verir və Avropada təchizatın coğrafiyasına görə birinci yerdədir;

    Bütün bunlar onu deməyə əsas verir ki, malik olunan resurslardan istifadə etməklə Avropa İttifaqı və Azərbaycan öz əməkdaşlığında yeni səyifə açır. Bir sözlə, çağdaş dünyada Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunması ölkəmizə yeni iqtisadi və siyasi dividentlər gətirir. Eyni zamanda, strateji tərəfdaşlıq üzərində qurulmuş bu əlaqələr bir çox dövlətlərin maraqlarını təmin edir və qaz sahəsində, həmçinin genişmiqyaslı regional əməkdaşlığa da güclü təkan verir.

    AzadMedia.az



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR