AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad edilən ərazilərin bərpasında ATƏT-lə iş birliyi formalaşdırıla bilər

  • + A
  • - A
  • 25-04-2025, 20:40

    İşğaldan azad edilən ərazilərin bərpasında ATƏT-lə iş birliyi formalaşdırıla bilər


    İşğaldan azad edilən ərazilərin bərpasında ATƏT-lə iş birliyi formalaşdırıla bilər
    Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında ATƏT-lə iş birliyi formalaşdırıla bilər.

    Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

    O qeyd edib ki, ATƏT Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır və təhlükəsizlik olmayan yerdə əməkdaşlığı qurmaq çətindir.

    "Bugünkü qarşılıqlı inamsızlıq, davam edən hərbi münaqişələr, beynəlxalq bloklanmaları nəzərə alsaq, ATƏT-in unikallığı ondan ibarətdir ki, böyük coğrafiyanı əhatə edən və bir-birinin yanaşmalarını bölüşməyən ölkələri eyni çətir altında birləşdirir. Diplomatiyanın işi çərçivə və platformanın yaradılması, onun qorunub-saxlanmasından ibarətdir. Heç bir münaqişə sonsuz deyil. Bunun qarşısını almaq üçün isə platformalar olmalıdır. Həmin platformalar həm də açıq qalan məsələlərin həllinə töhfə verir”, - o əlavə edib.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR