Zelenski Ukraynanın Krımı hərbi yolla geri qaytarmayacağını etiraf edib.
Ukrayna Krımı silahla geri qaytara bilməyəcək. RİA Novosti yazır ki, bunu Ukrayna lideri Vladimir Zelenski Kiyevdə jurnalistlərlə görüşü zamanı deyib.
“Mən [ABŞ Prezidenti Donald] Trampla razıyam ki, Ukraynada Krım yarımadasına silahla nəzarəti bərpa etmək üçün kifayət qədər silah yoxdur”.
Aprelin 25-də “Time” jurnalına müsahibəsində Tramp deyib ki, Krım yarımadası Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmanın bir hissəsi kimi “Rusiyanın tərkibində qalacaq”. O, Zelenskinin də bu faktı yaxşı anladığını vurğulayıb. Ağ Ev rəhbəri əlavə edib ki, yarımada kifayət qədər uzun müddətdir ki, Rusiyanın tərkibinə daxil olub.
Bundan əlavə, Reuters agentliyi yazıb ki, Amerika Birləşmiş Ştatlarının Ukrayna münaqişəsinin həllinə yönəlmiş layihəsinə Krımın və faktiki dörd yeni regionun hüquqi tanınması daxildir.
O vaxta qədər Zelenski Krımı Rusiya kimi tanımaqdan qəti şəkildə imtina edirdi. O, Kiyevin bu məsələ ilə bağlı heç bir sövdələşməni qəbul etməyəcəyini bəyan edib və Ukraynanın heç vaxt “Krımın işğalını” hüquqi cəhətdən tanımayacağını vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.