Avropa Siyasi Birliyinin 6-cı Sammiti nə vəd edir?!
Mayın 16-da Avropa Siyasi Birliyinin 6-cı sammiti Albaniyada öz işinə başlayacaq. Sammitdə Azərbaycan da iştirak edəcək.
Hazırda dünyada gedən proseslər və çoxqütblü dünya düzəninin formalaşmağa başladığı şəraitdə məhz orta güc dövlətlərinin mövqeləri və ümumi güc balansında rolu artmaqdadır. Artıq qlobal güclərlə yanaşı, öz regionlarında sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfələr verən, həmçinin qlobal gündəliyə təsir imkanına malik olan ölkələr də beynəlxalq münasibətlərin qurucularına çevrilir. Azərbaycan Respublikası da bu yeni reallıqda özünü müstəqil siyasət yürüdən, güclü milli iradəyə və strateji baxışa malik regional və orta güc kimi təsdiqləyib.
Azərbaycanın bu platformada iştirakı növbəti uğurlu addım kimi qiymətləndirilir. Sammit nə ilə yadda qalacaq? Mayın 16-da təfərrüatları ilə bəlli olacaq.