AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rozhan talış tarixçisi və etnoqrafı İqbal Əbilovun Azərbaycanda dövlətə xəyanət ittihamı ilə mühakimə olunması ilə bağlı sərsəm, qarayaxma dolu bəyanat yayıb.
"Məhkəmənin Əbilovun dövlətə xəyanətdə və nifrətin qızışdırılmasında təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarından dərin narahatam. İttihamların faktiki əsası onun erməni alimləri ilə peşəkar əlaqələri ilə bağlıdır, çünki Əbilov talış azlığının tarixi və mədəniyyəti ilə bağlı araşdırmalar aparıb.
Tədqiqat aparmaq və bilikləri məhdudiyyətsiz yaymaq azadlığına təminat verən akademik azadlıq ifadə azadlığı hüququ ilə qorunur. Tədqiqatçılar hər hansı qeyri-qanuni siyasi müdaxilədən qorunmalıdırlar. “Mən Azərbaycan hakimiyyətini Əbilova qarşı irəli sürülən ittihamları dərhal nəzərdən keçirməyə və onu ifadə azadlığı hüququndan istifadə etdiklərinə görə həbs edilən bütün şəxslərlə, o cümlədən hüquq müdafiəçiləri, jurnalistlər və alimlərlə birlikdə azad etməyə çağırıram”, - bəyanatda deyilir.
Görünür kor olan gözlər vətənə xəyanət kəlməsini oxuyub dilə gətirməkdə maraqlı deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.