AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son 10 ildə bəzi Avropa ölkələrində islamofobiya meylləri güclənib

  • + A
  • - A
  • 26-05-2025, 20:46

    Son 10 ildə bəzi Avropa ölkələrində islamofobiya meylləri güclənib

    "Ölkəmizin ev sahibliyi etdiyi islamofobiya ilə mübarizə beynəlxalq elmi konfransı ilk konfrans deyil. Məlum olduğu kimi, bundan əvvəl də konfranslar keçirilib". Bunu AzadMedia.az-a açıqlamasında BMTM-nin baş məsləhətçisi, politoloq Mətin Məmmədli deyib.

    Onun sözlərinə görə, bu cür konfranslar mühüm əhəmiyyət kəsb edir:
    "İslamofobiya konfransının keçirilməsi ondan xəbər verir ki, bu, islamofobiya ilə mübarizənin elmi siyasi mərkəzinə çevrilib. Çünki Azərbaycanın xarici siyasətində islam həmrəyliyi vacib istiqamətlərdən birini təşkil edir. Təəssüf ki, son 10 il ərzində bəzi Avropa ölkələrində islamofobiya meyilləri güclənir. Bu isə irqi ayrı-seçkiliyə gətirib çıxarır "

    Qeyd edək ki Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" qəbul edib. Həmin tarixdən etibarən Azərbaycanda da islamofobiya ilə mübarizə tədbirləri keçirilir və bu da islam həmrəyliyini daha da gücləndirir. Əvvəla, Azərbaycan islamofobiya ilə mübarizə aparan əsas ölkələrdəndir. O baxımdan ki, islamofobiyaya ən çox məruz qalan ölkələrdən biri də Azərbaycandır. Məsələn, Ermənistanın Azərbaycana qarşı həyata keçirdyi 30 ilə yaxın işğalçılıq siyasəti nəticəsində 67 məscidin 65-i tamamilə, 2-si isə qismən dağıdılıb. Azərbaycana məxsus dini və tarixi abidələr məhv edilib. Təbii ki ikili yanaşma bəzi beynəlxalq təşkilatlarının, məsələn, Avropa Parlamentinin zaman-zaman ölkəmizə qarşı qəbul etdiyi qərəzli qətnamələrdə də özünü göstərir. Azərbaycana gəlincə, ölkəmiz tolerantlığı və multikulturalizm mühiti ilə seçilir. Artıq 3-cü ildir ki, Bakı İslamofobiya ilə bağlı beynəlxalq elmi konfransa ev sahibliyi edir. Bu bir daha müxtəlif dinlərin ölkəmizdə sərbəst fəaliyyət göstərməsi üçün şərait yaradıldığını göstərir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR