AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağa hazırdır - mənbələr

  • + A
  • - A
  • 28-05-2025, 23:06

    İran uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağa hazırdır - mənbələr


    İİR uranın zənginləşdirilməsini müvəqqəti dayandırmaq imkanını nəzərdən keçirir - bu şərtlə ki, İslam Respublikasının aktivləri dondurulsun və uranı dinc məqsədlərlə zənginləşdirmək hüququ rəsmi şəkildə təsdiqlənsin.
    Amerika tərəfi müəyyən şərtlərə əməl etməyə razılaşarsa, Tehran uranın zənginləşdirilməsini bir il müddətinə dayandıra bilər. Bu barədə Reuters agentliyi İrandakı mənbələrinə istinadən məlumat yayıb.

    Onların məlumatına görə, Amerika İranın aktivlərini dondursa, İran bu addımı ata bilər. İranın digər tələbi isə Tehranın uranı dinc məqsədlərlə zənginləşdirmək hüququnu tanımasıdır.

    Mənbələr iddia edir ki, ABŞ belə bir varianta razılaşarsa, bu halda tərəflər “siyasi razılığa” gələ bilərlər.

    Eyni zamanda, bu təşəbbüs hələ amerikalı danışıqlarçılara təqdim edilməyib.

    Razılaşma əldə olunarsa, İranın uranın zənginləşdirilməsi prosesini bir il müddətinə dayandıracağı dəqiqləşir. Artıq yüksək səviyyədə zənginləşdirilmiş urana gəlincə, bu ehtiyatların bir hissəsi başqa ölkələrə veriləcək və ya dinc məqsədlər üçün uyğunlaşdırılacaq, yəni yanacağa çevriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR